Nazir Horadiz-Culfa dəmir yolunun bərpasından danışdı


“Regionun nəqliyyat-tranzit potensialının artırılması və bunun ölkələrimizə daha çox fayda gətirməsini perspektivli hesab edirəm”. 
Yeniavaz.com
"Oxu.Az"a istinadən xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə Biznes Forumunda deyib. 
O bildirib ki, ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin, həmçinin Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun təbliği sahəsində birgə səylərin göstərilməsinin, Bakı-Tbilisi-Qars dəmir yolu ilə yükdaşımaların Azərbaycan, Gürcüstan və Türkiyə üçün vacibliyini nəzərə alaraq bu logistik xəttin potensialın təşviqi istiqamətində dövlətlərin səylərinin artırılmasının tərəfdarıyıq. 
Nazir qeyd edib ki, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi regionda dövlətlər və xalqlarımız üçün yeni imkanlar yaradıb: 
“Bu tarixi qələbəmizi həm ölkəmiz, həm də regionun inkişafında yeni dövrün başlanğıcı kimi dəyərləndirik. Növbəti dövrdə daha bir perspektivli istiqamət yeni kommunikasiya və nəqliyyat bağlantılarıdır. Aparılan danışıqlar nəticəsində Azərbaycanın əsas hissəsi və Naxçıvan MR arasında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkəti üçün Zəngəzur dəhlizinin açılmasını gözləyirik. 
Bu nəqliyyat dəhlizi həm Azərbaycanın iqtisadiyyatına, həm də regionların xüsusilə də marşrutun əsas hissəsinə, işğaldan azad olunmuş rayonların inkişafına müsbət təsir göstərəcək. 
Bu dəhliz bəzi tranzit marşrutlar üçün mühüm qovşaq rolunu oynayacaq. Zəngəzur dəhlizi, şərq-qərb, şimal-cənub istiqamətlərində yeni kommunikasiya və nəqliyyat bağlantılarının formalaşması baxımından töhfə verəcək. Zəngəzur dəhlizinin reallaşdırılması Naxçıvanı Türkiyə və Orta Asiyadan Rusiyaya, habelə İrandan Rusiya və Qara Dəniz limanlarına gedən marşrutlar üçün mühüm qovşağa çevrilməklə yanaşı, alternativ yollar yaradacaq.
Azərbaycandan tranzit keçən vaqonların, TIR saylarının ciddi artımına rəvac verəcək. 
Həmçinin, Horadiz-Culfa dəmir yolunun bərpası Azərbaycan-İran-Türkiyə marşrutu üzrə yeni imkanlar açır”.

DİGƏR XƏBƏRLƏR

Top