“Ramin yeraz” adlı ifaçıya hökm oxunub - VİDEO


Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən narkotik vasitələrin təbliğini edən Ramin İsmayılovun cinayət işi üzrə məhkəməsi başa çatıb.
Yeniavaz.com
 "report"a istinadla xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirən məhkəmə iclasında hökm oxunub. Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıqdan məhrum edilib. 
Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü “Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

DİGƏR XƏBƏRLƏR

Top