“Wizard Open 2021” beynəlxalq turnirinin iştirakçıları mükafatlandırılıb - FOTOLAR


Ukrayna Azərbaycanlıları Radasının həmtəsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi Oleq Krapivin Kiyevdə keçirilən “Wizard Open 2021” beynəlxalq kikboksinq turnirində uğurla çıxış edən Azərbaycan təmsilçilərinin məşqçi və hakim heyətini qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, görüş zamanı UAR həmsədri Ukrayna, Türkiyə, Polşa, İsrail, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Moldova və Yunanıstan kikboksçuları ilə mübarizədə 11 qızıl, 3 gümüş, 5 bürünc qazanan komandamızın Azərbaycan idmançılarının və məşqçilərinin yüksək peşəkarlığını bir daha dünyaya göstərdiyini bildirib.
Daha sonra, sərbəst güləş üzrə Azərbaycanın və SSRİ-nin əməkdar idman ustası Oleq Krapivin idmanda göstərdikləri uğurlu nəticələrə görə məşqçilər; Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin baş inspektoru, polkovnik-leytenant, “Ağ canavar” ləqəbli kikboksçu Eduard Məmmədovu, Cəmiyyətin məşqçisi Hikmət Hacıyevi, “Sərhədçi” İdman Kompleksinin məşqçisi, mayor Fuad Zeynalovu, Müşfiq Hüseynlini, beynəlxalq dərəcəli hakim Aydın Ağabəyovu, kikboksinq üzrə dünya çempionu Əli Orucovu, yüksək təşkilatçılığa görə isə Ukrayna Milli Kikboksinq Federasiyasının vitse-prezidenti Elşad İbrahimovu fəxri fərman və qiymətli hədiyyələrlə təbrik edib. Eyni zamanda ‘Bakinets’ güləş idman klubunun təsisçisi olan Krapivin klubun fəaliyyəti və uğurları barədə qonaqlara məlumat verib.
Görüşdə çıxış edən Ukrayna azərbaycanlıları radasının baş katibi Ceyhun Məmmədov idmançılarımızı təbrik edərək onlara uğurlar arzulayıb. “Sağlam gənclik güclü və qüdrətli ordunun, güclü dövlətin təməlidir” deyən UAR baş katibi Azərbaycan idmanının diasporumuzun qürur mənbəyi olduğunu bildirib.
Diaspor fəallarının da iştirak ettiyi görüşdən sonra idmançıların şərəfnə UAR həmtəsisçisi Oleq Krapivin tərəfindən ziyafət təşkil olunub.
Medal qazanan azərbaycanlı idmançıların siyahısı:

🥇 Məhəmməd İmanov 
🥇 Emil Hümbətov 
🥇 Xəyal Dadaşov 
🥇 Amil Məmmədov
🥇 Elnur Mustafayev 
🥇 Rafiq Babazadə 
🥇 Amin Quliyev      
🥇 Elvin Məmmədov
🥇 Rinat Qiyaslı      
🥇 Qəşəm Məmmədov
🥇 Elşad Şahbazov      
🥈 Elcan Alıkişiyev      
🥈 Elməddin Baxşeliyev
🥈 Xəyal Astanov 
🥉 Əli Cəfərov 
🥉 Hüseyn Hacıyev 
🥉 Rəvan Abdullazdə
🥉 Mirhəsən İbrahim   
🥉 Kazımov Vüsal












 

DİGƏR XƏBƏRLƏR

Top