Bu xəstəxanada bir ilə 3 rəhbər dəyişdi - YENİ TƏYİNAT


Masallı Rayon Mərkəzi Xəstəxanasına direktor təyinatı olub.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə Xanbaba Hüseynov təyin olunub.
Faktı TƏBİB-dən təsdiqləyiblər.
Qeyd edək ki, tibb müəssisəinin eks-baş həkimi Rasim Əzizov bir müddət əvvəl vəzifəsindən azad olunmuşdu. Onun mağazaların birindən oğurluq etməsi iddia olunurdu. Həmin görüntülər sosial şəbəkələrdə paylaşılandan sonra R.Əzizov vəzifəsi ilə vidalaşdı. 

Xatırladaq ki, bu, son bir ildə Masallı xəstəxanasında 3-cü rəhbər təyinatıdır. Belə ki, yanvarın 22-si Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Masallı rayon xəstəxanasında əməliyyat keçirərək direktor Cəlil Nəzərovu həbs edib. C.Nəzərov həm də xəstəxananın baş həkimi idi. Hazırda isə direktor vəzifəsinə təyinat olsa da, baş həkimlə bağlı heç bir qərar yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top