Ermənistan Türkiyə ilə dialoq üçün xüsusi nümayəndə təyin edəcək


Rəsmi İrəvan heç bir ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Hunanyan bildirib.
Onun sözlərinə görə, bu, indiki Ermənistan hökumətinin proqramında da öz əksini tapıb.
“Bu baxımdan, Türkiyə xarici işlər nazirinin ikitərəfli münasibətləri tənzimləmək üçün xüsusi nümayəndələrin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq. Biz təsdiq edirik ki, Ermənistan tərəfi dialoq üçün xüsusi nümayəndə təyin edəcək”.
Qeyd edək ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, İrəvan və Ankara münasibətlərin normallaşması çərçivəsində qarşılıqlı əsasda nümayəndələr təyin edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top