Mahir Emreli hücuma məruz qaldığı üçün "Legiya"dan ayrılır


Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”dan ayrılmaq qərarına gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sportowe Fakty” saytı məlumat yayıb. Verilən məlumata görə, ötən gün “Legiya” futbolçularına edilən hücumdan sonra Mahir də daxil olmaqla bir neçə futbolçu klubla müqaviləsinə xitam vermək üçün müraciət etməyi düşünür. Sözügedən müqaviləni pozmaq şanslarının nə qədər olduğunu öyrənmək üçün Mahir artıq vəkillərlə əlaqə saxlayıb. 
Bundan əlavə, Emrelinin müayinə üçün xəstəxanaya getdiyi və həkimlərin ona iki günlük istirahət tövsiyə etdiyi vurğulanıb. Yığmamızın aparıcı üzvünün “Zaqlebye”yə qarşı sabah keçiriləcək görüşdə iştirakının sual altında olduğu bildirilib. 
Qeyd edək ki, yayda “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emreli Varşava təmsilçisi ilə 3 illik müqavilə imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top