Ermənilərin məhkəməsi təxirə salındı - YENİLƏNİB


Terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı-Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin cinayət işi üzrə bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilməli olan prosesin təxirə düşməsinə səbəb kimi təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsi göstərilib.
Prosesin dekabrın 17-də keçiriləcəyi bildirilib.
 

***09:46
Bu gün terrorçuluqda təqsirləndirilən daha iki Ermənistan vətəndaşı - Sarqsyan İşxan Aşotinin və Rafaelyan Vladimir Otarinin məhkəməsi başlayır.
Yeniavaz.com
xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatlarının dəqiqləşdiriləcəyi və məhkəmənin baxış iclasının təyin olunacağı gözlənilir.
Qeyd edək ki, hər iki Ermənistan vətəndaşı Cinayət Məcəlləsinin 214.2.3-cü (Terrorçuluq, odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

DİGƏR XƏBƏRLƏR

Top