
Türkiyə və Ermənistan münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndələr təyin edə bilər.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Yaxın vaxtlarda biz münasibətləri normallaşdırmaq üçün Ermənistanla xüsusi nümayəndələr təyin edəcəyik. Biz həmçinin Ermənistanın paytaxtı İrəvan şəhəri ilə çarter reysləri açacağıq", - deyə NTV telekanalı nazirdən sitat gətirib .
Çavuşoğlu bu istiqamətdə hər addımın Azərbaycanla birgə atılacağını vurğulayıb.