Xaçmazda qadın dəm qazından zəhərlənib öldü


Xaçmazda yerli sakin dəm qazından zəhərlənərək ölüb.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Müxtədir qəsəbəsində baş verib. Belə ki, 1976-cı il təvəllüdlü Ceyran Həsən qızı Qədirova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Hadisə yerinə Xudat şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb. Huşsuz vəziyyətdə olan qadına ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

C.Qədirovanın meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top