Dönərdən kütləvi zəhərlənmə ilə bağlı cinayət işi başladıldı - RƏSMİ


Bakıda dönərdən zəhərlənmə faktına görə cinayət işi açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevin Yeniavaz.com-a verdiyi məlumata görə, bir neçə şəxsin dönərdən zəhərlənməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 200-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanıb.

İstintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, Bakıda 8 nəfər dönərdən zəhərlənərək Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Onlar "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Müraciət edənlərin 1-i qadın, 7-si kişi olub. Zəhərlənənlərdən birinin 16 yaşı olduğu üçün Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib.

Sonradan vəziyyətləri normallaşan həmin şəxslər xəstəxanadan evə buraxılıblar.

DİGƏR XƏBƏRLƏR

Top