Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planları hazırlanır


Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Kəlbəcər və Zəngilan şəhərlərinin Baş Planlarının hazırlanması işləri üzrə ilkin məlumatların toplanılması, şəhərətrafı ərazinin (rayonun) planının, istinad planının və ərazinin kompleks qiymətləndirmə sxeminin, strateji ekoloji qiymətləndirmə hesabatının, mühəndis hazırlığı sxeminin, mühəndis kommunikasiya sistemləri sxemlərinin, nəqliyyat və sosial obyektlərin yerləşmə sxeminin hazırlanması, tərcümə xidmətlərinin göstərilməsi və kompleks mühəndis-geodeziya işləri ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Yeniavaz.com xəbər verir ki, hər iki tenderin qalibi Komitənin Bakı Dövlət Layihə İnstitutudur.

İnstituta müvafiq olaraq 226 min manat və 214 min manat, ümumilikdə isə 440 min manat ödəniləcək.

DİGƏR XƏBƏRLƏR

Top