Sabah Azərbaycan və Ermənistan liderlərinin görüşü olacaq


Dekabrın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçiriləcək.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, əvvəlcə Prezident İlham Əliyevlə Ş.Mişel arasında ikitərəfli görüş olacaq.
Avropa İttifaqı Şurasının Prezidenti daha sonra N.Paşinyanla danışıqlar aparacaq.
Sonra isə Avropa İttifaqı Şurasının Prezidenti Ş.Mişel, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş olacaq.

DİGƏR XƏBƏRLƏR

Top