"Putin düşünür ki, Rusiyanın ölkələrin suverenliyinə məhdudiyyətlər qoymaq hüququ var"


Britaniyanın Gizli Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Mur ilk ictimai çıxışında MI6 (Gizli Kəşfiyyat Xidməti) ilə bağlı prioritetlərini açıqlayıb. 
Yeniavaz.com
“The Economist”ə istinadla xəbər verir ki, Riçard Murun sözlərinə görə, hazırda Çin MI6-nın ən aktual prioritetidir. Bildirilib ki, Murun “əsas döyüş meydanı” və “rəqəmsal hücum səthi” adlandırdığı Çin borc tələləri ilə inkişaf etməkdə olan bazarlarda getdikcə daha çox nüfuz qazanır. Nəticədə bu vəziyyət digər dövlətlərin suverenliyini yavaş-yavaş pozmaq təhlükəsi yaradır.
 O həmçinin bildirib ki, 21-ci əsrin əsas problemi Qərbin demokratik dəyərlərini müdafiə etmək, Çinin “əsas transmilli məsələlərdə” əməkdaşlığını təmin etmək və hər kəsin problemi olan iqlim dəyişikliyi barədə məsələləri həll etmək olacaq. 
Riçard Mur çıxışı zamanı Rusiya və Ukrayna arasında baş verən münaqişələrə fikir bildirib:
“Vladimir Putin həqiqətən də düşünür ki, Rusiyanın 21-ci əsrdə öz periferiyasındakı ölkələrin suverenliyinə məhdudiyyətlər qoymaq hüququ var. Və bu bir problemdir. Cənab Putin Vaşinqtondakı həmkarlarını qiymətləndirməmək riskini daşıyır”.
Gizli Kəşfiyyat xidmətinin rəhbəri öz çıxışında Əfqanıstandakı vəziyyət, terrorizm və İranın nüvə problemləri ilə bağlı məsələlərə də toxunub. 
O həmçinin bildirib ki, texnologiyanın sürətli inkişafına baxmayaraq, hələ də kəşfiyyat üçün insanlarla ünsiyyət qurmaq vacibdir: 
“Bu, dəyişməyib. Odur ki, mənimlə işləmək üçün əhəmiyyətli risklər götürən, insanlarla inam yarada bilən zabitlərə ehtiyacım var".

DİGƏR XƏBƏRLƏR

Top