“Əsas məqsədimiz dünya idman olimpiyadalarından birində qalib ola bilməkdir”


Kikboksinq üzrə bir çox nailiyyətlərə sahib olan Devrişova Aysu Ramazan qızı əldə etdiyi uğurlara görə əməkdar məşqçi Habil Hümbətova öz təşəkkürünü bildirib.

yeniavaz.com-a verdiyi müsahibə zamanı deyib ki, ilk zamanlar məşqlərə sadəcə hobbi olaraq başlayıb:
“Bir müddət sonra müəllimim Habil Hümbətov məndə talant kəşf etdi. Lakin öz təcrübəsinə əsasən müəllimim bu talantın kifayət olmadığını mənə hər zaman deyir və mənə xüsusi ağır məşq proqramları keçir. Kənardan istənilən şəxs üçün bu məşqlər yeniyetmə dövründə olan bir qız üçün kifayət qədər çətin olaraq görünsə də, mən və məşqçim Habil Hümbətov bilir ki, bayrağımızı daim bütün ölkələrdə 1-cilik  zirvələrində dalğalandırmaq üçün hər cür əziyyətə dözməliyik. Bu, artıq “888 Boks və Döyüş növləri”  klubunun və mənim üçün bir məqsədə çevrilib. Demək olar ki, hər yarış öncəsi məşqlərdə müəllimim mənimlə motivasiya edici xarakterli söhbətlər edir və bu məni həqiqətən də bir idmançı kimi ruhdan düşməyə qoymur. Və çətinliklər nə olur olsun yolumdan dönməməyimə, əsas  məqsədimin nə olduğunu unutmamağa kömək edir. Ən əsas məqsədimiz isə dünya idman olimpiyadalarından birində iştirak edib qalib ola bilməkdir”.
Aysu Devrişova həmçinin bildirib ki, məşq zamanı Habil Hümbətov zalda cinsi ayrıseçkiliyin olmasına yol vermir:
Müəllimimin digər ağlımdan çıxmayan bir nəsihəti isə belədir:
""Sən həyatının hər anında ədəbli bir Azərbaycan xanımısan və elə də olmağın yaxşıdır. Lakin zalda sən artıq oğlansan və ya xanımsan fərq olmamalıdır, necə ki bərabər hüquqlarınız var, elə də bərabər dərəcədə ağır məşqləriniz var”.
Mən də onun və valideynlərimin başını uca etmək üçün əlimdən gəldiyindən də artıq şəkildə zalda məşq etməyə və hətta mümkündürsə məşq zamanı ringdə təcrübəli oğlanlara belə qalib gəlməyə çalışıram. Sonda isə məqsədimə doğru gedən yolda daim mənə dəstək olmağa çalışmış “888 Boks və Döyüş növləri” klubunun  qurucusu və prezidenti, şəxsi məşqçim, Əməkdar məşqçi Habil Hümbətova və vitse-prezident Yolcu Əliyevə təşəkkür edirəm”.
Qeyd edək ki, Aysu Devrişova 2005-ci ildə Balakən rayonunda anadan olub və Bakı şəhəri Nizami rayonu 210 nömrəli məktəbin şagirdidir. O öz istəyi ilə 2018-ci ildə Habil Hümbətovun yanında məşqə başlayıb.

Aysu Devrişovanın nailiyyətlərini sizə təqdim edirik:
BUDO Free kontakt 11-ci açıq Azərbaycan çempionatı 🥇1ci yer (57 kg) 8-10. 02.2019
Yeniyetmələr və gənclər arasinda kikboksinq üzrə Azərbaycan birinciliyi 🥉3 cü yer 60 kg) 15-17. 02.2019
Muay tai 3 cü Azerbaycan çempionati 🥇1ci yer 57 kg) 21.04.2019
Katedlər və yeniyetmələr arasında kikboksing üzrə Azərbaycan birinciliyi 🥇1ci yer 60 kg) 27-29. 05.2019
BUDO Free kontakt Heydər Əliyev adına beynəlxalq turnir 🥇1 ci yer (55 kg) 2-6.05.2019
Vətən kikboksinq kulubunun açıq birinciliyi 🥇1ci yer (53 kg) 19.05.2019
BUDO Free kontakt Baku open 1 🥇ci yer. (55 kg) 26-29.07.2019
BUDO Free kontakt 05-09.12.2019 Dünya kuboku 2 🥈 yer (60 kg)
Kikboksinq Xocalı kuboku 🥇 1ci yer (60 kg) 25-27. 01.2020
Azərbaycan açıq birinciliyi və çempionatı 21-24.02.2020 ci il, Professional Azərbaycan Kəmərinin sahibi
Azərbaycan açıq birinciliyi və çempionatı 25-27.07.2021 🥇1-ci yer (60kq)


 

DİGƏR XƏBƏRLƏR

Top