Çempionlar Liqasında püşk atıldı, Messi və Ronaldo rəqib oldu - SİYAHI


Çempionlar Liqasının 8/1 final mərhələsinin püşatma mərasimi keçirilib.
Yeniavaz.com
xəbər verir ki, 8/1-dəki rəqiblər bəlli olub.
Həmin matçlar bunlardır:
“Benfika” – “Real Madrid”, “Vilyareal” – “Mançester Siti”, “Atletiko Madrid” – “Bayern Münhen”, “Salzburq” – “Liverpul”, “İnter” – “Ayaks”, “Sportinq” – “Yuventus”, “Çelsi” – Lill” və “PSJ” – “Mançester Yunayted”.
“PSJ” və “Mançester Yunayted” klublarının bir-birilə qarşılaşması nəticəsində iki dünya ulduzu, əzəli rəqiblər Messi və Ronaldo da bir-birinə rəqib olublar.
Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2022-ci il 15-16 və 22-23 fevralda, cavab qarşılaşmaları 8-9 və 15-16 martda oynanılacaq. Bütün oyunlar Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

DİGƏR XƏBƏRLƏR

Top