Birinci vitse-prezident və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək

Azərbaycanda diplomatik pasport veriləcək şəxslərin siyahısı genişləndirilir.
Yeniavaz.com xəbər verir ki, bununla bağlı “Pasportlar haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir. Dəyişikliyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən geci 15 gün keçənədək Azərbaycanın Birinci vitse-prezidentinə və vitse-prezidentlərə diplomatik pasport veriləcək. Digər bir dəyişikliklə isə, Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport ömürlük veriləcək.
Qeyd edək ki, qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin toplantısında müzakirə edildikdən sonra plenar iclasa tövsiyə olunub.


 

DİGƏR XƏBƏRLƏR

Top