Azərbaycanlılar niyə kütləvi şəkildə Iğdıra axın edir?


Azərbaycan manatının türk lirəsi önündə dəyərinin artması azərbaycanlıların Türkiyəyə, xüsusilə Iğdır şəhərinə kütləvi şəkildə alış-verişə getməsinə səbəb olub. Belə ki, noyabrın 12-də 5,88 TL olan Azərbaycan manatı bu gün 49 faiz bahalaşaraq 8,16 TL-yə çatıb.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşları kütləvi şəkildə Iğdıra gedərək ərzaq və geyim alış-verişlərini artırıblar. Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının (NMR) sakinləri lirənin ucuzlaşması səbəbilə alış-veriş üçün Iğdıra səyahətlərin sayını kəskin artırıblar.
Alış-veriş üçün Iğdıra gedən azərbaycanlılar burada məhsulların daha ucuz olduğunu bildirir. Iğdırlı satıcılar isə alış-verişin canlanmasından məmnun olduqlarını deyirlər.
Qeyd edək ki, NMR-dən Iğdıra getmək avtomobillə sərnişinlərin cəmi 1 saat vaxtını alır.

DİGƏR XƏBƏRLƏR

Top