Moskvada monastır partladılıb - VİDEO + YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Rusiyanın paytaxtı Moskvada qadın monastırında partlayış baş verib.
Yeniavaz.com
 "tass"a istinadla xəbər verir ki, partlayış nəticəsində 12 nəfər yaralanıb.
Qeyd olunub ki, bu barərə mətbuat orqanına Rusiya Fövqəladə Hallar Xidmətindəki mənbə bildirib:
“Yaralıların sayı 12 nəfərə çatıb, onların hamısı yeniyetmədir. Onlardan biri - 15 yaşlı gəncin vəziyyəti ağırdır”.


***11:24
Rusiyanın paytaxtı Moskvada Serpuxov qadın monastırının ərazisində partlayış baş verib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi Moskva vilayəti üzrə baş qərargahı rəhbərinin böyük köməkçisi Olqa Vradiy məlumat verib.
“Dekabrın 13-də naməlum şəxs Serpuxovdakı monastırın ərazisində partlayıcı qurğunu işə salıb. Rusiya Federasiyasının İstintaq Komitəsinin Moskva vilayəti üzrə müstəntiqləri və kriminoloqları dərhal hadisə yerinə gediblər”.
Xəsarət alanların sayı dəqiqləşdirilir. Mətbuat orqanının Fövqəladə Hallar Xidmətindəki mənbəsinin məlumatına görə, hücum edənin özü də daxil olmaqla 7 nəfər xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top