Türkiyədə küçə sorğuları ilə tanınan 3 məşhur bloger saxlanılıb


Türkiyədə özlərinə məxsus “Youtube” kanallarında ictimai yerlərdə keçirdikləri sorğuları yayımlayan Həsən Köksoy, Arif Kocabıyık və Turan Kural polis tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hər üç şəxs “Twitter” hesablarında məlumat veriblər.
“Kendine Muhabir” kanalında reportajlar yayımlayan Hasan Köksoyun “Twitter” hesabından onun həyat yoldaşı paylaşım edib:
“Səhər saat 7-də polislər evimizə basqın edərək kompüterimizi və bütün əlaqə vasitələrimizi götürdülər. Polislər həyat yoldaşım Həsən Köksoyu elə indi maşına mindirib apardılar”.
Hasan Köksoy daha sonra video yayımlayaraq azadlıqda olduğunu bəyn edib və ona dəstək olanlara təşəkkür edib.
“Sade Vatandaş” kanalının müxbiri Mehmet Koyuncu da sosial şəbəkədə polislərin evinə girdiyini yazıb:
“Bu saatda polislər səhər basqını ilə evimə gəldilər. Bu saatda? Mən İstanbulda olduğum üçün saxlanılmadım. Jurnalistin evinə! Ölkənin vəziyyəti aydındır”.
Saxlanılanlar arasında “YouTube”da “İlave TV” kanalında küçə sorğuları ilə tanınan Arif Kocabıyık və redaktor Turan Kural da var. Bu barədə T.Kuran hesabında paylaşım edilib:
“Bu səhər erkən saatlarda Turan Kural, Arif Kocabıyık Kibercinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb”.
Qeyd edək ki, saxlanılanların hər biri Türkiyədə əhalinin sosial-iqtisadi vəziyyəti və ölkədəki aktual siyasi proseslərlə bağlı mütəmadi küçə sorğuları edən şəxslərdir.

DİGƏR XƏBƏRLƏR

Top