“Legiya” uduzdu, azərkeşlər Mahir Emrelini döydü - İDDİA


Polşa çempionatının 18-ci turunda Plotsk “Visla”sına 0:1 hesabı ilə uduzan “Legiya” futbolçularına azərkeşlər hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə polşalı jurnalist Sebastian Staszevski öz tvitter hesabında paylaşım edib. Onun sözlərinə görə, azərkeşlər futbolçuların olduğu avtobusa hücum ediblər. Hadisə nəticəsində Azərbaycan millisinin üzvü Mahir Emreli də daxil olmaqla bir neçə futbolçu xəsarət alıb.
Qeyd edək ki, “Legiya” sözügedən nəticədən sonra Polşa çempionatının sonuncu - 18-ci pilləsinə yuvarlanıb və baş məşqçi Marek Qolebiyevski istefa verib.

DİGƏR XƏBƏRLƏR

Top