Bakıda dönərdən zəhərlənənlər evə buraxıldı - YENİLƏNİB

Ötən gün Bakıda dönərdən zəhərlənərək Kliniki Tibbi Mərkəzə yerləşdirilən 8 nəfərin hər biri evə buraxılıb.

Bu barədə Yeniavaz.com-a Mərkəzdən məlumat verilib.

Qeyd olunub ki, mərkəzə gətirilərkən onların vəziyyətləri orta-ağır olsa da, qısa müddət ərzində həkimlərin sayəsində sağalıblar.

Xatırladaq ki, 1-i qadın, 7-si kişi olmaqla xəstəxanaya qəbul olunan 8 nəfərin hər biri dünən gün ərzində müxtəlif vaxtlarda "28 Mall" ticarət mərkəzinin yaxınlığında yerləşən "Dönər Market"dən toyuq dönəri alaraq yediklərini bildiriblər.

Qeyd edək ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır və adıçəkilən obyektin fəaliyyəti dayandırılıb.

Həmçinin baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.


***11:10
Bakıda dönərdən zəhərlənənlərin adları məlum olub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəz məlumat yayıb. 
Zəhərlənən şəxslərin siyahısı:

Bayramov Cavid

Xəlilov Murad

Fəttahova Tünzalə

Əliyev Həmid

Soltanov Səid

Mirzəyev Rafiq

Ömərov Qüdrət

Soltanov Maqsud.

Mərkəzdən bildirilib ki, zəhərlənənlər arasında 16 yaşlı yeniyetmə Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib:
“Onlar “28 Mall” ticarət mərkəzinin yaxınlığında yerləşən “Dönər Market”dən toyuq dönəri alaraq yediklərini bildiriblər. Vəziyyətləri yaxşılaşan Q.Ömərov, M.Xəlilov artıq evə buraxılıblar. Digərlərinin müalicəsi davam etdirilir”.

***10:52
Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.
Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb.

***10:40
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Bu barədə Yeniavaz.com-a agentlikdən məlumat verilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - agentlikdən bildirilib.

***10:14
Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd olunub ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.
Sözügedən yerdən gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib:
“Zəhərlənənlərdən biri qadın, 7-si kişidir. Onlardan birinin 16 yaşı var. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

DİGƏR XƏBƏRLƏR

Top