
İranın paytaxtı Tehranın Qaleh Morgi küçəsində yerləşən binada partlayış baş verib.
Yeniavaz.com “HaberGlobal”a istinadən xəbər verir ki, bu barədə Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Cəlal Maleki məlumat verib.
O bildirib ki, partlayış yerli vaxtla saat 18:44-də baş verib. Bu barədə məlumatdan sonra bölgəyə 3 yanğınsöndürən maşın göndərilib:
“Partlayış binaya, eləcə də ətrafdakı tikililərə və park edilmiş avtomobillərə ziyan vurub”.
İlkin məlumata görə, partlayışa binadakı oksigen balonları səbəb olub:
“Dağıntılar altında ağır yaralanan 2 nəfər xilasetmə qrupları tərəfindən çıxarılıb, lakin onlar aparıldıqları xəstəxanada həyatlarını itiriblər”.