Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edilib


Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq olub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.
Hazırda faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Qeyd edək ki, ötən gün KİV-də H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra Daxili İşlər Nazirliyi məlumatı təkzib etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top