"Taliban"dan dollarla bağlı qadağa


"Taliban" Əfqanıstanda dollar alqı-satqısını qadağan edib.
Yeniavaz.com
"tass"a istinadla xəbər verir ki, təşkilatın səlahiyyətliləri bunu milli valyutanın son günlər kəskin ucuzlaşması ilə əlaqələndiriblər.
Ölkənin Kabildə yerləşən ən böyük valyuta bazarı “Saray Şahzadə”də dolların məzənnəsi avqustun əvvəlində 80 əfqani olsa da, artıq 114 əfqani səviyyəsinə çatıb.
Oktyabrın 6-da Mərkəzi Bank ölkədə bütün ticarət əməliyyatlarının yalnız Əfqanıstanda həyata keçirilməli olduğu barədə fərman verib. "Taliban" rəsmiləri daha sonra iqtisadi əməliyyatlarda xarici valyutadan istifadə edən əfqanları cəzalandıracaqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top