Yoluxanların sayı AÇIQLANDI


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 226 yeni yoluxma faktı qeydə alınıb 1 649 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 604 480 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 576 264 nəfər müalicə olunaraq sağalıb, 8 088 nəfər vəfat edib, aktiv xəstə sayı 20 128 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 208, ötən müddət ərzində isə ümumilikdə 5 677 746 test aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top