Ceyhun Bayramovdan Ermənistana XƏBƏRDARLIQ


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan-Ermənistan dövlət sərhədindəki yaşanan son hadisələrə münasibət bildirib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında sərhədlərdə gərginliklərin yaşanmamasının yeganə yolu kimi delimitasiya prosesinə başlanılmasını söyləyib.

Ceyhun Bayramov bildirib ki, Ermənistan indiyə kimi müxtəlif bəhanələrlə buna imkan verməyib:

" Azərbaycan dövləti tərəfindən atılan konstruktiv danışıqlara baxmayaraq, bunu qarşı tərəfdən müşahidə etmirik. Əfsuslar olsun ki, zaman-zaman sərhəddə Ermənistan tərəfindən təxribatlar baş verir. Bunlar çox xoşagəlməz haldır. Həmin təxribatlar nəticəsində insanlar həlak olur. Ermənistan başa düşməlidir ki, belə təxribatlara əl atmaqla heçnəyə nail olmayacaq. Bunun çox ağır və ağrılı nəticələrini yaşayacaq. Hesab edirik ki, Ermənistan bu əməllərindən əl çəkməlidir".

Nazir onu da deyib ki, Ermənistan adətən elan edilmiş danışıqlar və tarixlər öncəsi təxribatlarını daha da intensivləşdirir.

O qeyd edib ki, bu təsadüfi hal deyil:

"Bu, Ermənistanın siyasi rəhbərliyini təxribat siyasətindən tam əl çəkməməsinin nümunələridir".

DİGƏR XƏBƏRLƏR

Top