İmişlidə təcavüzə məruz qalan 11 yaşlı qızın durumu açıqlanıb


"İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin qız hazırda psixoloji reabilitasiya dövrünü keçirir.
"Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək", - o bildirib.
Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.

DİGƏR XƏBƏRLƏR

Top