Hacıqabulda qəza: Biri azyaşlı olmaqla, dörd nəfər yaralandı


Hacıqabulda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun Muğan qəsəbəsində qeydə alınıb.

Bərdə sakini, 1987-ci il təvəllüdlü Xudaverdiyeva Nəsibə Akif qızı idarə etdiyi “Hundai” markalı avtomobili yoldan çıxararaq aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədova Lalə İmran qızı, Bərdə sakini, 2003-cü il təvəllüdlü Xudaverdiyeva Səma Xalid qızı və Füzuli rayon sakini, 2019-cu il təvəllüdlü Məmmədova İnci İlkin qızı ağır olmayan xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top