Sürücü avtomobillə yol polisini vurub hadisə yerindən qaçdı, həbs edildi - VİDEO


Sosial şəbəkələrdə yayılmış görüntülərin təfərrüatı məlum olub. 

Yeniavaz.com xəbər verir ki, hadisə Göygöl rayonunda qeydə alınıb.
Belə ki, yol polisi sürücü Hüseynov Rauf Bəkir oğluna "saxla" əmri verib. Lakin sürücü əmrə tabe olmayıb, polis əməkdaşını idarə etdiyi avtomobil ilə vuraraq hadisə yerindən qaçıb. Ona qarşı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə sürücü barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, dövlət və hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı belə hərəkətlər yolverilməzdir.

 

DİGƏR XƏBƏRLƏR

Top