İndoneziyada güclü zəlzələ baş verdi


İndoneziyada 5,6 bal gücündə zəlzələ baş verib. 
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 355 min insanın yaşadığı Ambon şəhərindən 380 km cənub-şərqdə olub. Tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top