Ukrayna “Bayraktar”la bağlı bu məlumatları məxfiləşdirdi


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Kiyevin Donbassdakı hərbi əməliyyatları zonasında “Bayraktar” hücum pilotsuz uçan aparatları və “Javelin” raket sistemlərinin istifadəsi ilə bağlı məlumatları məxfiləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ukrayna” xəbər agentliyi Baş Qərargahın məlumatlarına istinadən məlumat yayıb .
"Bayraktar TB2 kəşfiyyat-hücum pilotsuz sistemləri və "Javelin" portativ tank əleyhinə raket komplekslərinin birgə qüvvələrin əməliyyatı bölgəsində istifadəsi ilə bağlı məlumatlar rəsmidir", - məlumatda bildirilib. Həmçinin əlavə edilib ki, bu məlumatlar məhdud çıxışı olan məlumat sayılır və açıqlana bilməz.

 

DİGƏR XƏBƏRLƏR

Top