Azərbaycanda bu gün 31 mindən çox koronavirus vaksini vurulub


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 944 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 447, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 198, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 299 nəfərdir.Ölkədə vurulan vaksinlərin ümumi sayı 10 869 472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 117 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 613 676, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 137 970 təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top