
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti psixiatr tərəfindən qiymətləndiriləcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan Ombudsmanı yanında qurulmuş tibbi şuranın üzvü, həkim Qriqol Qriqoliya məlumat verib. Bildirib ki, Saakaşvilinin zəif olması, onun ayaqda durması və danışması çətindir:
“Bizdə məlumat var ki, o, külli miqdarda psixotrop maddə qəbul edir, ona görə də şuranın sabiq prezidentin Qori xəstəxanasına baş çəkməsinə ehtiyac var. Baxdıqdan sonra görəcəyik hansı dərmanları qəbul edir”.
Tətbiqimizi yükləyə bilərsiniz