Sərhəddə təxribat törətdikdən sonra qaçan erməni hərbçilər həbs edildi


Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi noyabrın 16-da Ermənistan-Azərbaycan sərhədində eskalasiya zamanı qaçan bir neçə hərbçinin saxlanılması barədə qərar qəbul edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb. "2021-ci il noyabrın 16-da silahdan istifadə etmək hüququna malik olan hərbçilərimiz hücum edənləri zərərsizləşdirmək və tərksilah etmək əvəzinə qarşı tərəflə danışıqlara girməyə cəhd ediblər və qaçıblar”-deyə məlumatda bildirilir.

 

DİGƏR XƏBƏRLƏR

Top