Bakıda yaşayış binasında yanğın baş verdi


Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli kommunal tipli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 40 m² olan mənzilin divar üzlüyü 4 m² sahədə və binanın dam örtüyü 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top