DGK Naxçıvan vasitəsilə Belçikaya narkotik maddə aparan yük maşınını saxladı


Narkotik qaçaqmalçılığı cəhdinin qarşısı alınıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilir ki, Naxçıvandan tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Belçikaya gedən 36 AA 961 dövlət nömrə nişanlı “SCANİA” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə baxış keçirilib və nəqliyyat vasitəsinin sürücü  tərəfindəki yanacaq çənində şübhəli təsvirlər olduğundan əsaslı yoxlamaya cəlb olunub.

Gömrük baxışı həyata keçirilən zaman nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında tünd-qəhvəyi rəngli təmiz çəkisi 242 kiloqram 280 qram olan narkotik vasitə heroin aşkar olunub.

Qeyd olunan faktla bağlı Naxçıvan Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb

DİGƏR XƏBƏRLƏR

Top