ÜST-dən Azərbaycana 1 milyondan çox fərdi qoruyucu vasitə verildi


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosu (ARB) Azərbaycanın tibb işçilərini 1 milyondan çox fərdi qoruyucu vasitə ilə təmin edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə ÜST-ün tvitter səhifəsində bildirilib.

“ÜST ARB Avropa İttifaqının vəsaiti hesabına Azərbaycandakı tibb işçilərinə 1 milyondan çox fərdi qoruyucu vasitə, o cümlədən maskalar və əlcəklər təqdim edib. Bacarıqlı və qorunan işçi qüvvəsi səhiyyənin bütün xidmətlərindən istifadənin mümkünlüyü baxımından vacibdir”, - deyə paylaşımda vurğulanıb.

DİGƏR XƏBƏRLƏR

Top