Bakıda maşınla adam öldürən şəxs saxlanıldı


Dekabrın 10-da saat 3 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Rais Kəmaləddinov vurulub və o, hadisə yerində ölüb.

Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Toyota” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsinin sürücüsü - Bakı şəhər sakini M.Quliyev saxlanılıb.

Sabunçu RPİ-də araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top