“28 May” metrosu yaxınlığında qanunsuz toplantı keçirmək cəhdinin qarşısı alınıb


Bu gün saat 15 radələrində 8-10 nəfərdən ibarət bir qrup şəxs metronun “28 May” stansiyasının yaxınlığında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarına zidd olaraq, eləcə də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış toplantı keçirməyə cəhd göstərib.

Yeniavaz.com xəbər verir ki, bu məlumatı Daxili İşlər Nazirliyi yayıb.

O qeyd edib ki, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmış və həmin şəxslər ərazidən uzaqlaşdırılıblar.

Saxlanılan olmayıb.

DİGƏR XƏBƏRLƏR

Top