ABŞ-ın keçmiş prezidenti Donald Tramp verdiyi müsahibələrin birində İsrailin keçmiş baş naziri Benyamin Netanyahudan hansı səbəblə incidiyini açıqlayıb.
Yeniavaz.com “Habertürk”ə istinadla xəbər verir ki, Trampın sözlərinə görə, Co Bayden ABŞ prezidenti seçiləndə Netanyahu onu ilk təbrik edib:
“O vaxtdan bəri onunla danışmamışam. Netanyahunu sevirəm, amma sədaqəti də sevirəm. Baydeni ilk təbrik edən o oldu. Mən heç kəs üçün etməyəcəyim şeyləri ona etdim. Netanyahu susa bilərdi. Amma o, dəhşətli səhv etdi”.
Netanyahu isə Trampın bu iddialarına cavab olaraq bildirib ki, vəzifəyə yeni başlayan prezidenti təbrik etmək onun üçün vacibdir:
"Prezident Trampın İsrailə və onun təhlükəsizliyinə verdiyi böyük töhfələri təqdir edirəm. Eyni şəkildə İsrail və ABŞ arasındakı güclü ittifaqı dəyərləndirirəm".