
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtdan başlayaraq bu günə qədər açılışlarda istifadə etdiyi 800-dən çox qayçı və lentlər nümayiş etdirilib.
Yeniavaz.com “NTV”ə istinadla xəbər verir ki, kolleksiyanın ilk parçası Ərdoğanın 22 sentyabr 2003-cü ildə Rize Pazar Ortaq Açılış və TOKİ Açar Təslim Mərasimində, sərginin son parçası isə ABŞ-ın Nyu-York şəhərində inşa edilən “Türkevi”nin açılışında istifadə etdiyi qayçı olub.




