Məmurlardan hədə-qorxu ilə pul tələb edən jurnalistlərdən YENİ XƏBƏR

Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər- Asəf Novruzov və Məhsud Səfərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Təqsirləndirilən şəxslər barəsində toplanan cinayət materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əfqan Hacıyevin icraatına verilib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib. / APA

DİGƏR XƏBƏRLƏR

Top