Bakıda kriminal aləm üzvünü həyətində güllələyib öldürən qohumu olub - FOTOLAR - YENİLƏNİB

Bakı şəhərində baş vermiş qətl hadisəsinin üstü açılıb. 

Bu barədə Daxili işlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Belə ki, dekabr 10-da, saat 21:00 radələrində Suraxanı rayon sakini, Allahverdi Mirzəyevin odlu silahla öldürülmüş meyiti onun Hövsan qəsəbəsindəki evinin həyətində tapılıb. 

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının apardığı intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs “isti izlərlə” yaxalanıb. 

Bu, mərhumun yaxın qohumu – qaynı Taryel Qurbanovdur. 

T.Qurbanov istintaqa təhvil verilib. 

09:21


Ötən gün Bakının Binə qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.

Yeniavaz.com “Kriminalqafqaz”a istinadən xəbər verir ki, hadisə qətlə yetirilən 1978-ci il təvəllüdlü Mirzəyev Allahverdi Ağaşirin oğlunun öz evinə gəldiyi zaman baş verib.

Belə ki, A.Mirzəyevə 10 RL 313 dövlət nömrə nişanlı “Gelandewagen” markalı avtomobilindən düşüb evinin həyətinə daxil olan zaman arxadan baş nahiyəsindən atəş açılıb. O, hadisə yerində keçinib. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Məlumata görə, A.Mirzəyevin özü də bir neçə il öncə qətl hadisəsi törədib. O, bu səbəbdən uzun müddət həbsdə yatıb. İllər öncə törədilən bu qətl hadisəsinin də Allahverdi Mirzəyevə məxsus evin həyətində baş verdiyi bildirilir.

Qeyd edək ki, Allahverdi Mirzəyevin ölümü ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb.



DİGƏR XƏBƏRLƏR

Top