Türkiyə və Rusiyanın XİN rəsmiləri Qarabağdakı son vəziyyəti müzakirə etdi


Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin türkiyəli həmkarı Sedat Önalla Suriya, Liviya və Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.

“BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, regional məsələlər, o cümlədən Suriya, Liviya və Dağlıq Qarabağda etibarlı nizamlanma vəzifələri diqqət mərkəzində olub”, - Rusiya XİN-dən bildirilib. (report)

DİGƏR XƏBƏRLƏR

Top