İmişli sakini dəm qazından zəhərləndi


İmişli sakini Goranboyda dəm qazından zəhərlənib.

 Yeniavaz.com
xəbər verir ki, hadisə rayon mərkəzindəki evlərdən birində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü, İmişli rayon sakini Hümbətov Ruhamin Qərib oğlu kirayə yaşadığı mənzildə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Əldə edilən məlumata görə, zəhərlənən şəxs Goranboyda işləyir. Faktla bağlı araşdırma aparılır.
Esmira Hidayətova, Goranboy.
 

DİGƏR XƏBƏRLƏR

Top