Biləsuvar rayonunun İsmətli kəndində intihar hadisəsi qeydə alınıb.
Yeniavaz.com “report”a istinadla xəbər verir ki, həmin kəndin sakini, 1972-ci il təvəllüdlü Vüqar Bulud oğlu Dövlətov “Neastol” adlı kimyəvi məhlul içib.
O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Tətbiqimizi yükləyə bilərsiniz