Daha bir məktəb koronavirusa görə, bağlandı


Ağsuda müəllim və şagirdlərdə COVID-19 aşkarlanması səbəbindən məktəb distant təhsilə keçib.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, bu barədə Ağsu Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Məlumatda bildirlib ki, Vahir Məmmədov adına Çiyni kənd tam orta məktəbində yoxlamalar zamanı müəllim və şagirdlər arasında koronavirus infeksiyasına yoluxma faktı aşkarlanıb.

COVID-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə məktəb dərhal bağlanılaraq distant təhsilə keçirilib.

Eyni zamanda məktəbin bütün sinif otaqları, kollektivinin təmas edəcəyi bütün yerlər təcili olaraq mərkəzin əməkdaşları tərəfindən dezinfeksiya olunub.

Rayon Gigiyena və Epidemiologiya Mərkəzi məktəbin kollektivinə və valideynlərə xəbərdarlıq edib. Koronavirus aşkarlanan şagird və müəllimlərin ailə üzvlərindən, onlarla yaxın təmasda olan şəxslərdən COVID-19 testi üçün yaxma analizləri götürülüb.

Hazırda məktəbdə zəruri işlər davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top