Bu avtobusların hərəkət sxemləri dəyişdirilir


Dekabrın 11-i saat 11:00-dan 15:00-dək S.C.Pişəvəri küçəsində qazıntı işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində tətbiq ediləcək məhdudiyyətlə əlaqədar olaraq 7B, 79,165, 205 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.Dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobuslar 3-cü mkr dairəsi-C.Səlimov küçəsi-Ə.Salamzadə küçəsi-Tbilisi prospekti daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top