Moskvada“3+3” platformasının ilk iclası keçirilib - YENİLƏNİB

Moskvada Rusiya, Azərbaycan, Ermənistan, Türkiyə xarici işlər nazirlərinin müavinləri və İran Xarici İşlər Nazirliyinin baş direktorunun iştirakı ilə “3+3” regional məşvərətçi platformasının ilk iclası keçirilib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

“Görüş zamanı çoxşaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Platformanın işini onun bütün iştirakçıları üçün maraqlı olan praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını bildiriblər”, - deyə məlumatda qeyd olunub.

İclas iştirakçıları həmçinin aidiyyəti nazirlik və idarələrin müzakirələrə cəlb olunması ilə bağlı gələcək planları müzakirə ediblər.


***17:25
Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan “3+3” formatında görüş keçirilir.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edirlər.

Azərbaycanı görüşdə XİN başçısının müavini Xələf Xələfov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu təmsil edir.

Qeyd edək ki, “3+3” formatında görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.

DİGƏR XƏBƏRLƏR

Top