Ermənistan sərhəddəki itkilərini açıqladı - Ölən və yaralananlar var


Bu gün sərhəddə ermənilərin törətdiyi təxribat Ermənistan silahlı qüvvələrində 1 nəfərin itkisinə, bir neçə nəfərin isə yaralanmasına səbəb olub.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Yaralıların səhhəti ilə bağlı məlumatların daha sonra açıqlanacağı bildirilib.
Xatırladaq ki, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Qarşı tərəf dekabrın 10-u saat 12:00-dan etibarən Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib. Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

DİGƏR XƏBƏRLƏR

Top